“Las Palmas” futbol klubu 38 ildən sonra ilk dəfə İspaniya çempionatında “Barselona”nı məğlub edib.

"Unikal" xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

İlk qolu 49-cu dəqiqədə “Las Palmas”ın futbolçusu Sandro Rodriqes vursa da, tezliklə rəqib komandadan Rafinya hesabı bərabərləşdirib – 1:1.

Fabio Silva 69-cu dəqiqədə həlledici qolu vuraraq "Las Palmas"a qələbə qazandırıb.

Məğlubiyyətdən sonra "Barselona" hələ də İspaniya çempionatında birinci yerdə qalır, "Las Palmas" isə turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşıb və 14-cü yeri tutur.