Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Rusal Məmmədli yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov