Ədliyyə naziri Fərid Əhmədov 13 dekabr 2024-cü il tarixində Kürdəmir rayonunda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək.

"Unikal" xəbər verir ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 12 dekabr tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 20-274-13-10, +994 20-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər. Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.