İlk dəfə serialda rol alan müğənni Hadisə Fatih Altaylının "YouTube" kanalına qonaq olub.
"Unikal" xəbər verir ki, məşhur müğənni ilk dəfə keçmiş həyat yoldaşı Mehmet Dinçerlə boşanmasından danışıb.
Fatih Altaylı müğənniyə "Səbəbsiz qəfil evlilik oldu. Niyə qəfil evlilik?"– deyə soruşub. Hadisə “Bir neçə söz deyə bilərəm. Amma aramızda müqavilə var” deyə cavab verib.
Hadisə, "İnsanlar niyə evlənir? O an belə hiss edirsən. Özünü yaxşı hiss edirsən, rahat hiss edirsən və inanırsan. İnanmadığım heç bir şeyi öhdəmə götürməmişəm. Yenidən evlənəcəyəmmi? Bəli. Boşanarammı? Bəli", - deyə sözlərinə davam edib.
Mehmet Dinçlerlər və Hadisə 30 aprel 2022-ci ildə evlənib və 5 ay sonra boşanıblar.