Almaniya kansleri Olaf Şolts Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında yazıb.

Zelenski Almaniya hökumətinin başçısına “ağıllı komponent”ə malik PUA-ları göstərib. 

“Bu gün kansler Olaf Şoltsla birlikdə ağıllı komponentləri olan dronları yoxladıq və istehsal şirkətlərinin nümayəndələri ilə danışdıq. Müdafiə potensialımıza bu cür mühüm dəstəyə görə Almaniyaya təşəkkür edirəm”, - Zelenski yazıb.