Xəbər verdiyimiz kimi, İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Pezeşkian telefon danışığı zamanıSuriyada terrorçuların fəallaşmasını ABŞ və İsrailin Yaxın Şərqdə sabitliyi pozmaq planının tərkib hissəsi adlandırıb.
“Biz əminik ki, son hadisələr ABŞ və İsrailin xeyrinə regionda siyasi sabitliyi pozmaq üçün təhlükəli planının bir hissəsidir”, - deyə İran prezidenti bildirib.