Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Murad İbrahimli