Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında həyatla vidalaşıb.

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman şəxsi "X" hesabı üzərindən açıqlayıb.

İdmançının xərçəng xəstəliyi ilə uzun müddət apardığı mübarizədən sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.