Amerika hakimiyyəti Cənubi Koreyada baş verən hadisələr fonunda öz qüvvələrinin döyüş hazırlığını dəyişmir.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel bildirib.
"Döyüş hazırlığımızda heç bir dəyişiklik yoxdur" deyə o bildirib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Cənubi Koreyadakı gərgin siyasi vəziyyətdən xəbərdar olduğunu bildirmişdi.