Cənubi Koreyanın 280-ə yaxın hərbi qulluqçusu dekabrın 4-nə keçən gecə hərbi vəziyyət tədbirlərini tətbiq etmək üçün ölkə parlamentinə daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə yerli News1 agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbçilər 230 və 50 nəfərlik iki qrup halında parlament binasına daxil olublar.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.