Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, son oyun günündə 5 qarşılaşma keçiriləcək.

Misli Premyer Liqası təmsilçilərindən “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq. “Kəpəz” doğma meydanda “İmişli”ni, “Neftçi” “Difai”ni, “Sumqayıt” MOİK-i qəbul edəcək.

Günün mərkəzi matçı isə “Zirə” və “Şamaxı” komandaları arasında oynanılacaq.

4 dekabr

1/8 final

16:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu

16:00. “Kəpəz” – “İmişli”

Tovuz şəhər stadionu

18:00. “Neftçi” – “Difai”

“Neftçi Arena”

19:00. “Zirə” – “Şamaxı”

Zirə İdman Kompleksinin stadionu

19:00. “Sumqayıt” – MOİK

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, ötən gün keçirilmiş oyunlardan sonra “Səbail”, “Araz-Naxçıvan” və “Sabah” komandaları 1/4 finala vəsiqə qazanıblar.