Bəşər Əsəd ordusunun Həma şəhərindən qaçdığı görüntülər yayılıb.

"Unikal" xəbər verir ki, müxalifət 3500 müxalifətçi və fəalın saxlandığı həbsxananı ələ keçirib.

Həma şəhəri strateji əhəmiyyətli Homs şəhərinə gedən yolu açır.

*** 17:41

Suriya ordusunun əsgərləri terrorçu təşkilat yaraqlılarının girdiyi Həma şəhərinin kənarına çəkilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki,  bu barədə Suriya Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb. 

"Son saatlarda toqquşmaların intensivləşdiyi bir şəraitdə yaraqlılar ağır itkilərə baxmayaraq, şəhərin bir neçə ərazisinə nüfuz edə biliblər", - Suriya qruplaşmasının nümayəndələri bildiriblər.

Nəticədə ordu hissələri Həmadan kənarda yerləşdirilib. 

Noyabrın 28-də Suriya müxalifətinin silahlı dəstələrinin Hələb vilayətinin qərb rayonlarında hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi məlum olub.