"Taliban" hərəkatının lideri Hebətullah Axundzadə islahatlar adı altında vəziyyəti nəzarətdə saxlamaq və təsir imkanlarını genişləndirmək üçün son bir ildə 150-dən çox qohumunu yüksək vəzifələrə təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Afqanistan İnternational" məlumat yayıb.

Qeyd olunub ki, Axundzadə dəyişikliklərə cəhd etməklə öz təsirini genişləndirmək və möhkəmləndirmək istəyir. Təyinatların üçdə biri Əfqanıstanın cənub əyalətlərində olub və Axundzadə onlarla nazirləri, müavinləri və "Taliban" ordusunun komandirlərini qohumları ilə əvəzləyib.

Ağarza Elçinoğlu