"Ermənistanın baş naziri Nikol Paşinyan parlament saatındakı çıxışında Ermənistanın Azərbaycanla müharibə etmək niyyəti olmadığını bildirir. Onda sual olunur ki, əgər Azərbaycana qarşı müharibə etmək niyyətin yoxdursa, niyə ordunu sürətlə silahlandırırsız?"

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Deputat Ermənistanın hərbi büdcəsini artırmasına diqqət çəkib:

"Fransadan, Yunanıstandan, Hindistandan, ABŞ-dan və digər ölkələrdən aldıqları silahları sərgilərdə nümayiş etdirəcəklər? O cümlədən, Azərbaycanla sərhəddə qoşun yığmaqda və yeraltı tunellərin hazırlanmasında məqsədləri nədir? Hərbi büdcənin artırılması sizin nəyinizə lazımdır? Təbii ki, bütün bu hərəkətlər Ermənistanın yenidən revanşizmə hazırlaşdığını göstərir. Ona görə biz də hərbi büdcəmizi artırmağa məcbur oluruq. Yeni silahlar alırıq və ordunun müdafiə qabiliyyətini daha da artırırıq. Biz heç bir halda Ermənistan ordusunun bizdən üstün olmağına imkan verməməliyik. Təbii ki, yığılan silahlar nə vaxtsa işləyəcək və bu da Ermənistana yeni faciələr gətirəcək".

Anar Kəlbiyev