Əmək qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və yaşı 60-dan yuxarı olan musiqi müəllimləri attestasiya olunmayan işçilərin siyahısına daxil deyil.

"Unikal" xəbər verir ki, qanunvericiliyə uyğun olaraq attestasiyanın keçirilməsinə 1 ay qalmış işçilərə bildiriş təqdim olunacaq.

Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində məktəb direktoruna göndəriləcək.