Dünya birjalarında neftin qiyməti həftənin sonuna doğru enişini gücləndirib və Brent markalı neftin bir barelinin dəyəri noyabrın ortalarından bəri ilk dəfə olaraq 71 dollardan aşağı düşüb.
"Unikal" xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 1,6% ucuzlaşaraq bir barel üçün 70,94 dollar təşkil edib.
WTI-nin yanvar fyuçersləri 1,7% azalaraq 67,13 dollar/barel təşkil edib.