Rumıniya Konstitusiya Məhkəməsinin ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi ilə bağlı qərarı faktiki olaraq dövlət çevrilişinə çevrilib.
"Unikal" xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov öz "Telegram" kanalında bildirib.
“Rumıniyada virtual çevriliş baş verib: əvvəllər prezident seçkilərinin 1-ci turunun nəticələrini təsdiq edən Konstitusiya Məhkəməsi indi bu nəticələri ləğv edib!” – deyə o vurğulayıb.
Puşkovun sözlərinə görə, Rumıniyada Konstitusiya Məhkəməsinin müvafiq qərarından sonra bütün Aİ ölkələri liberal diktatura ilə hədələnir, çünki indi hakimiyyətə yalnız liberal, Brüsselyönlü namizədlər gəlməlidir.
"Qalanları amansızcasına məhv ediləcək", - deyə Puşkov qeyd edib.