Dekabrın 7-də Qətərdə Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Suriya üzrə “Astana formatında” görüşü keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Nazirlərin Astana formatında görüşünə gəlincə, bu görüşün sabah Qətərdə Sergey Viktoroviç Lavrovunda iştirakı ilə keçirilməsi planlaşdırılır", - deyə Zaxarova qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya bu həftə nazirlər səviyyəsində görüş keçirmək üçün türk və iranlı tərəfdaşları ilə danışıqlar aparır.