Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü Dohada iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər .

Qeyd olunur ki, nazirlər Qətərin paytaxtında Doha Forumu çərçivəsində görüşüblər: "Fidan və Əraqçi Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər. Görüş konstruktiv və hərtərəfli olub". 

Ağarza Elçinoğlu