İsrail Ordusunun Baş Qərargah rəisi Suriya ilə sərhəd bölgələrinə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Baş Qərargah rəisi Harzi Halavi İsrailin Suriyadakı vəziyyəti diqqətlə izlədiyini bildirib.
O əlavə edib ki, İsrail ilkin olaraq İranın Suriyadan çıxarılmasına diqqət yetirir və növbəti mərhələdə silahlı qrupların İsrailə doğru hərəkət etməməsini təmin etməyə çalışacaq.
Halavi İsrailin Suriyanın işlərinə qarışmadığını və məqsədinin bölgədəki təhdidlərin qarşısını almaq və zərərsizləşdirmək olduğunu vurğulayıb.
Ağarza Elçinoğlu