Türkiyənin məşhur “Altın Kelebek” mükafatının yeni sahibləri bəlli olub.

"Unikal" xəbər verir ki, 50-ci dəfə baş tutan tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşib.

İlin ən yaxşı aktrisası Demet Evqar, ən yaxşı aktyor Mert Yazıcıoğlu, ən yaxşı kişi aparıcı Acun Ilıcalı, ən yaxşı serial “İnci taneleri” və ən yaxşı komediya serialı “Prens” seçilin.

Mert Demirin “Ateşe düştüm” mahnısı da mükafata layiq görülüb.