Türkiyəli aktrisa Melike Günerin yeni layihəsi bəlli olub.

"Unikal" xəbər verir ki, aktrisa "Sustalı ceylan" serialında rol alacaq. O, "Muteber" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, layihənin baş rollarını Cəlil Nalçakan, Sümeyye Aydoğan və Burak Yörük canlandırır.

Melike son olaraq "Ömər" serialında çəkilib.