ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp subsidiya vermək əvəzinə Kanada və Meksikanın Amerika ştatlarına çevrilməsini təklif edib.
"Unikal" xəbər verir ki, o, bu barədə NBC telekanalına danışıb.
"Biz Kanadaya ildə 100 milyard dollardan çox subsidiya veririk. Meksikaya isə 300 milyard dollara yaxın subsidiya veririk, etməməliyik, niyə bu ölkələrə subsidiya veririk?", - Tramp bildirib.
Telekanal aparıcısının bu ölkələrdən gələn mallara mümkün gömrük rüsumlarının tətbiqinin amerikalılara təsir edib-etməməsi ilə bağlı sualına cavab olaraq Tramp bildirib ki, onlardan düzgün istifadə ABŞ üçün faydalı ola bilər.
"Düzgün istifadə edildikdə, tariflər təkcə iqtisadi deyil, həm də iqtisadiyyatdan kənar işlərin görülməsi üçün çox güclü bir vasitədir", - deyə o, ifadə edib.