Meksikalı hakim Rosario Quadalupe Kardenas oktyabr ayında baş verən qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.
"Unikal" xəbər verir ki, o, Meksikanın əsas liqasının "Monterrey" - "Tiqres" matçında ehtiyat hakim funksiyasını yerinə yetirməyib.
Hakimin sağlamlığı ilə bağlı oyunda iştirak etmədiyi bildirilsə də, hakimlər komissiyası məsələ ilə bağlı araşdırma aparıb. Kardenasın görüşdən bir gün əvvəl hotelə qadın dəvət etdiyi və qonağın narkotik verərək hakimi soymağa çalışdığı məlum olub. Bunun nəticəsində Rosario bir gün keçirilməli olan qarşılaşmada iştirak edə bilməyib.
Qeyd edək ki, Hakimlər Reqlamentinə riayət etmədiyinə görə Kardenasla müqaviləyə xitam verilib.