Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev İTV-nin efirində saxta plastik cərrahlarla bağlı açıqlamasında deyib.
O qeyd edib ki, diplomsuz plastik cərrahlarla bağlı Prokurorluq araşdırmalara başlayıb:
"Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraiti aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin, qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib.
Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir".