ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 12-də “Time” jurnalı tərəfindən ilin adamı elan ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bununla bağlı respublikaçı Nyu-York Fond Birjasının açılışında iştirak edəcək və ticarətin başlandığını bildirən zəngi çalacaq.

Namizədlərin qısa siyahısına, həmçinin, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Böyük Britaniya taxt-tacının varisi Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton, planetin ən zəngin adamı İlon Mask və İsrailin baş naziri Benyamin Netanyahu da daxildir.

Ötən ilin dekabrında jurnal amerikalı müğənni Teylor Svifti ilin adamı elan edib.