"Mövcud olmayan SSRİ-nin xəritələrinin yolverilməzliyindən söhbət gedir, birbaşa deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək olar". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Paşinyanın sözlərinə görə, ölkə Sovet Ermənistanının ərazisində müstəqillik əldə edib və beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazilərlə bağlılıq dövlət üçün mühüm təhlükəsizlik buferidir: "Mən bir neçə dəfə ictimai çıxışlarda demişəm ki, biz özümüz beynəlxalq səviyyədə tanınmış ərazimizi dəqiq tanımırıqsa, başqalarının da tanımamasına imkan veririk. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizi dəqiq tanımamaqla öz qapımızı digərlərinə açırıq. İndi isə biz suveren ərazi vermədik, öz qapımızı, dövlətimizin sərhəddini, dövlətimizin astanasını düzəltdik və bunu uğur hekayəsi hesab edirəm. Kirantsa gedin və bu uğuru öz gözlərinizlə görəcəksiniz". 

Ağarza Elçinoğlu