Müdafiə Nazirliyinin hərbi hissəsində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun 2 milyonluq mənimsəmə işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Elvin Cəfərov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləyib.
Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elvin Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Seymur Əli