ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsinə icazə verilməsini pisləyib və bunun müharibəni gücləndirdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Tramp "Time" jurnalına müsahibəsində deyib.
"Mən Rusiya ərazisinə yüzlərlə mil məsafədə raket göndərilməsi ilə qətiyyən razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni qızışdırırıq və onu daha da pisləşdiririk", - deyə Tramp qeyd edib.
O, etiraf edib ki, Yaxın Şərqdəki böhranın öhdəsindən gəlmək Ukraynadakı genişmiqyaslı müharibədən daha asandır: "Mən razılaşma əldə etmək istəyirəm... Və razılaşma əldə etməyin yeganə yolu geri çəkilməməkdir".
Ağarza Elçinoğlu