Hindistanlı qrossmeyster Qukeş Dommaraju dünya şahmat tacı uğrunda görüşün 14-cü oyununda çinli Dinq Lirenə qalib gələrək şahmat üzrə yeni dünya çempionu olub.

"Unikal" xəbər verir ki, matçın final oyunu cümə axşamı Sinqapurda baş tutub. Görüşdə hindistanlı ümumi 7,6:6,5 hesabı ilə qalib gəlib.

Qukeş Vişvanatan Ananddan sonra tarixdə şahmat üzrə ikinci hindistanlı dünya çempionu oldu. Bundan əlavə, Qukeş tarixin ən gənc şahmat kralı olub.

Dünya şahmat tacı uğrunda matçın mükafat fondu 2,5 milyon dollardır.