Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir.

"Unikal" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, Naxçıvanda bu gün qaz təminatı 100%-dir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”.