Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir.
"Unikal" xəbər verir ki, tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda Şimali Kiprin müvafiq qurumları yer alıb.
Şəbəkəyə üzv dövlətlərin hakimlərinin, ədliyyə və prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq miqyaslı tədbirdə aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli dövlətlərin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.