Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (Nayora) üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ekokönüllülər iştirak edib.
"Unikal" xəbər verir ki, aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasına töhfə vermək və gəncləri təbiətin qorunmasında fəal iştiraka təşviq etməkdir.