"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniora istirahət verib.
"Unikal" xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Hücumçu sarı vərəqə limitini aşması səbəbindən La Liqanın 18-ci turunda "Sevilya" ilə matçı (22 dekabr) buraxacaq.
İtaliyalı mütəxəssis 24 yaşlı forvardın komandanın ötəngünkü məşqinə qatılmamasına da icazə verib.
Vinisiusun Mayamiyə istirahətə yollanacaq. O, dekabrın 30-da kluba qayıdacaq.