"Qarabağ" Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.
"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, mövsümün ikinci yarısı 2025-ci il yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.