İstanbulda 200-ə yaxın evi olduğu deyilən müğənni Emrah bu dəfə də Dubaydan ev alıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni 3,5 milyon dollar dəyərində aldığı mənzillə diqqət çəkib. 

Belə ki, türk ifaçının qonşuları sırasında Devid-Viktoriya Bekhem cütlüyü, Kim Kardaşyan, Uill Smit, Madonna və Castin Biber kimi məşhurlar yer alıb. 

İnvestisiya imkanları üçün peşəkarlarla işləyən Emrah, bəyəndiyi evin müqaviləsini imzalayıb. Yaxın zamanda onun Dubaya köçəcəyi bildirilib.