Təyyarə qəzasında ölənlərdən iki nəfər Qusar sakindir.
"Unikal" xəbər verir ki, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.
Faktı Qusar Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanı yaxınlıqında qəzaya uğrayıb.
Xanlar Qaraca