Yaxın 100 ildə Rusiya ilə ABŞ arasında dostluq olmayacaq və birbaşa hərbi münaqişə nüvə müharibəsi ilə nəticələnəcək.
"Unikal" xəbər verir ki, Moskva ilə Vaşinqton arasındakı münasibətləri belə qiymətləndirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
"Yaxın 100 ildə bizim dostluğumuz gözlənilmir",- o, vurğulayıb.
Medvedev əlavə edib ki, Rusiya ilə ABŞ arasında birbaşa silahlı münaqişə Moskva üçün çox “bahalı” olacaq. Bundan əlavə, hadisələrin bu cür inkişafı açıq şəkildə “dünya nüvə müharibəsi” ilə nəticələnəcək”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə təmasların bərpası üçün ilk addımı ABŞ atmalıdır.
Gülayə Mecid