"Çelsi" futbolçusu Qabriel Sloninanı vaxtından əvvəl "Barnsli"dən geri çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 
Buna səbəb İngiltərənin 3-cü liqa təmsilçisində icarə əsasında çıxış edən 20 yaşlı qapıçının barmağından aldığı zədə olub. 

Qeyd edək ki, Qabriel Slonina bu mövsüm "Barnsli"nin heyətində 14 oyuna çıxaraq 24 qol buraxıb və 2 dəfə qapısını toxunulmaz saxlayıb.