İslam Respublikasının nüvə proqramını dayandırmaq üçün danışıqlarda tez bir zamanda nəticə əldə edə bilməsə, ABŞ tezliklə İrana hücum edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin İran üzrə xüsusi elçisinin keçmiş müavini Riçard Nefyu yazıb. 

Diplomat Tehrana qarşı hərbi əməliyyatı “məcburi tədbir” adlandırır: "Hərbi fəaliyyətlə bağlı riskləri nəzərə alaraq, Birləşmiş Ştatlar Tramp administrasiyasının əvvəlində Tehranın nüvə proqramını dayandırmaq üçün danışıqlara vicdanla son bir cəhd etməlidir. Amma əgər Birləşmiş Ştatlar İranın olduğu bir dünyada yaşamağa hazır deyilsə, nüvə silahı varsa, İrana hücum etməkdən başqa seçim yoxdur". 

Ağarza Elçinoğlu