ABŞ, Aİ səlahiyyətliləri və Kiyev rejimi Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılmasına görə məsuliyyət daşıyır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

"Vurğulamaq istərdik ki, Kiyev hakimiyyəti, eləcə də Amerika iqtisadiyyatına maliyyə dəstəyi naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hakimiyyət orqanları “Qazprom”un müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Rusiyadan Avropa ölkələrinin sakinlərinə təbii qazın nəqlini dayandırmaq qərarına gəlib", - deyə Zaxarova qeyd edib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Federasiyasından qaz nəqlinin dayandırılması avropalıların həyatına mənfi təsir göstərəcək: "Rəqabətli və ekoloji cəhətdən təmiz Rusiya enerjisinin tədarükünün dayandırılması təkcə Avropanın iqtisadi potensialını zəiflətmir, həm də Avropa vətəndaşlarının həyat səviyyəsinə çox mənfi təsir göstərir. Köhnə Dünyanın enerji bazarının yenidən bölüşdürülməsinin əsas benefisiarı ABŞ-dir və o, həm də Ukrayna böhranının əsas sponsorudur", - diplomat vurğulayıb.

Ağarza Elçinoğlu