Bakıda avtomobil piydanı vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gün saat 22:30-da baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Abdullayev Nail Fuad oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında şəxsiyyəti müəyyən edilməyən təxminən 40-45 yaşlarda kişini ehtiyatsızlıqdan vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.

Murad İbrahimli