Rusiyada Yujno-Saxalinsk - Yujno-Kurilsk reysi ilə uçan təyyarə texniki səbəblərə görə uçuş hava limanına qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"A.P.Çexov adına Yujno-Saxalinsk beynəlxalq hava limanından Yujno-Kurilskə gedən DHC-8 sərnişin təyyarəsi texniki səbəblərə görə uçuş yerinə qayıdıb", - prokurorluqdan bildirilib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
Ağarza Elçinoğlu