Sosial media fenomeni Kerimcan Durmaz həbs edilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən Durmaz haqqında “Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi haqqında qanun”u pozduğu iddiası ilə istintaq başladılıb.

İstintaq çərçivəsində ötən gün Durmaz saxlanılıb. Polis bölməsində əməliyyatları başa vuran Durmaz Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb. Burada prokurorluğa ifadə verən Durmaz İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

O, ifadəsində ittihamları qəbul etməyib.