Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə yerləşən yoluxucu xəstəliklər xəstəxanasında xəstələr yer çatışmazlığı səbəbindən dəhlizlərə yerləşdirilir. 

"Unikal" xəbər verir ki, bu barədə Respublika Kliniki Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkiminin müavini Nurgül Moldalieva "Birinci Radio"nun efirində açıqlayıb. 

Onun sözlərinə görə, xəstəxana 500 çarpayılıqdır: "Bu gün tibb müəssisəsində 606 xəstə müalicə alır". 

Ağarza Elçinoğlu