Ermənistana Avropa İttifaqından Azərbaycanla sərhəddə vəziyyətə delimitasiya prosesi tam başa çatana qədər monitorinqi davam etdirəcək mülki missiya lazımdır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. 

"Aİ missiyası delimitasiyaya qədər Azərbaycanla sərhəddə olacaq", - nazir vurğulayıb. 

Bunun fonunda, Ermənistanın baş nazir Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib ki, İrəvan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı Bakıya təkliflər göndərib. Siyasətçinin sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının növbəti iclası 2025-ci ilin yanvarında baş tutacaq.

Gülayə Mecid