İtaliyalı jurnalist Sesiliya Sala İranda həbsdən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Giorgia Meloninin ofisi bəyanat yayıb.
İtaliya hökumətinin açıqlamasında bildirilib ki, Sala diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv iş sayəsində azad edilib.
Meloni "X" sosial şəbəkəsində Sesiliyanın geri qayıtmasına kömək edən hər kəsə öz təşəkkürümü bildirib.
Qeyd edək ki, 29 yaşlı Sala dekabrın 19-da Tehranda həbs edilib və Evin həbsxanasında bir nəfərlik kamerada saxlanılıb.
Ağarza Elçinoğlu