Mayın 4-də Rumıniyada təkrar prezident seçkiləri keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilir.
“Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Noyabrın sonunda Corcesku Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır.