"Avropa ölkələri müdafiələrini gücləndirməlidirlər, lakin NATO Rusiyanı cilovlamaq gücündə deyil". 

"Unikal" xəbər verir ki, bu barədə  "Financial Times" qəzeti yazıb. 

Nəşr bildirir ki, “Rusiyadan artan təhlükə” və ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Avropa regionunun taleyinə biganəliyi səbəbindən Avropada təhlükəsizlik böhranı yaranır.

"NATO-nun hərbi analitikləri hesab edirlər ki, alyansın Rusiyanı effektiv şəkildə cilovlamaq üçün gücü yoxdur. Xüsusilə hava hücumundan müdafiə avadanlıqları, maddi-texniki təchizat, döyüş sursatları və təhlükəsiz kommunikasiya avadanlıqlarında çatışmazlıq var", - material müəllifləri qeyd ediblər.

Gülayə Mecid