Yanvarın 8-də Çad prezidentinin iqamətgahına hücum edənlər narkotikin təsirində olublar.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri, Çad hökumətinin rəsmi nümayəndəsi Abderaman Kulamalla məlumat verib.
"Bu insanlar narkotik istifadə edib daha sonra iqamətgaha hücuma keçiblər", - rəsmi ifadə edib.
Kulamalla onu da əlavə edib ki, iğtişaşçılar hadisə yerinə avtobusla gəliblər.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri dövlət başçısının iqamətgahına hücuma çevik və aydın cavab verib.
Nəticədə 19 nəfər hücumun qurbanı olub, onlardan 18-i hücumçu olub.
Gülayə Mecid